Bank Of Baku

Türkiyədə sel bir ailədən 6 nəfərin ölümünə səbəb olub

Türkiyədə sel bir ailədən 6 nəfərin ölümünə səbəb olub
# 21 iyul 2010 23:07 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Ərzurum vilayətinin Xorasan mahalının Saçlık kəndində meydana gələn seldə bir ailədən 6 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Mahalda yağan şiddətli yağışın ardından, Saçlık kəndi dərəsinin daşması nəticəsində Ziya Kocabaşın evini su basıb.

Su basması nəticəsində evdə olan 7 nəfəri sel aparıb.

Aparılan axtarışlar nəticəsində Mahide Kocabaş (70 yaş), Cüneyt Kocabaş, Aysel Kocabaş (18), Sezer Kocabaş, ana Kezban Kocabaş və Yusuf Kocabaşın (7) cəsədləri tapılıb.

Orhan Kocabaş isə Saçlık kəndindən 3 kilometr uzaqlıqdakı Alagöz kəndində yaralı olaraq xilas edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR