Bank Of Baku

Afrikaya zəhərli tullantılar ötürən şirkət aşkarlanıb

Afrikaya zəhərli tullantılar ötürən şirkət aşkarlanıb
# 23 iyul 2010 19:41 (UTC +04:00)
Bakı-APA. Hollandiya məhkəməsi “Trafigura” transmilli korporasiyasını Amsterdam limanından toksik tullantıları Afrikaya qanunsuz ixrac etməkdə təqsirləndirib, APA BBC-yə istinadən xəbər verir.

Araşdırma zamanı “Trafigura” şirkəti tullantıları 2006-cı ildə Afrikanın Fil Dişi Sahili ölkəsinə göndərdiyi bəlli olub. İddiada o da deyilir ki, bu tullantılar ölkədə minlərlə insanın zəhərlənməsinə səbəb olub.

Bununla belə, “Trafigura” şirkəti hər hansı qeyri qanuni addım atmadığını bildirir.

Bundan əlavə, şirkət özünə məxsus ola Probo Koala gəmisinin Amsterdamdan tullantılarla çıxmasına görə 1 milyon avro məbləğində cərimə olunmuşdur.

Qeyd edə ki, 2006-cı ildə Fil Dişi Sahilinin paytaxtı Abicanda zəhərli tullantılar qalmaqalından sonra “Trafigura” şirkətinə qarşı ilk dəfə cinayət işi açılmışdır.

Onu da əlavə edək ki, 2007-ci ildə “Trafigura” şirkəti Fil Dişi Sahili hökumətinə 160 milyon dollar ödəməklə yanaşı, bu ölkədə zəhərli tullantılardan zərər çəkmiş insanlara da məhkəmədən kənar 50 milyon dollar məbləğində vəsait ödəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR