Bank Of Baku

Almaniyada təşkil edilmiş “Sevgi Paradı” musiqi festivalında həlak olanların sayı 17 nəfərə çatıb

Almaniyada təşkil edilmiş “Sevgi Paradı” musiqi festivalında həlak olanların sayı 17 nəfərə çatıb
# 24 iyul 2010 23:49 (UTC +04:00)
Bakı-APA. İyul ayının 24-də Almaniyanın Duysburq şəhərində təşkil edilmiş “Sevgi Paradı” musiqi festivalında yaranmış izdihamda həlak olanların sayı 17 nəfərə çatıb.

APA-nın Almaniyanın ZDF telekanalına istinadən verdiyi xəbərə görə, musiqi festivalında həlak olanların sayı barədə məlumatı polis rəsmən təsdiqləyib.

Polis əməkdaşlarının bildirdiyinə görə, izdiham insanların festival keçirilən ərazini dövrəyə alması nəticəsində yaranıb.

“Sevgi Paradı” musiqi festivalı ilk dəfə 1989-cu ildə Almaniyanın paytaxtı Berlində keçirilib, lakin sonralar bu festival ölkənin digər şəhərlərdə də keçirilməyə başlanılıb və festivala hər il bir milyonadək insan toplaşır.

Festivalın 2010-cu ildə Duysburq şəhərində keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR