Bank Of Baku

Türkiyədə baş verən yol qəzasında 9 nəfər ölüb

Türkiyədə baş verən yol qəzasında 9 nəfər ölüb
# 26 iyul 2010 09:54 (UTC +04:00)
Bakı – APA. Türkiyənin Adapazarı şəhəri yaxınlığında baş verən yol-nəqliyyat hadisəsində 9 nəfər ölüb, 4 nəfər yaralanıb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, qəza iyulun 26-da yerli vaxtla 03.00 radələrində qeydə alınıb. Sivasdan İstanbula hərəkət edən və içində iki ailənin üzvləri olan mikroavtobus buğda daşıyan yük avtomobili ilə toqquşub. Yüksək sürətlə hərəkət edən mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verən qəzada ölənlərin üçü uşaqdır. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağırdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR