Bank Of Baku

Britaniyanın baş naziri Türkiyəni Aİ-də görmək istəyir

Britaniyanın baş naziri Türkiyəni Aİ-də görmək istəyir
# 28 iyul 2010 02:28 (UTC +04:00)
Bakı-APA. Britaniyanın Baş naziri David Kameron Türkiyənin Avropa İttifaqına daxil olmasına icazə verilməsinə çağırıb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Ankaradakı nitqi zamanı Kameron deyib ki, Türkiyənin ittifaqa üzvlüyü bu bloku möhkəmlədəcək.
Kameron Türkiyənin Aİ-dəki gələcəyi ilə bağlı narahatlıq ifadə edənlərə isə cavab verib: “Türkiyənin düşərgəni qoruması, amma çadırın içində oturmasına icazə verilməməyini söyləmək yanlışdır”.
Türkiyənin Avropa İttifaqına tam üzvlüyünə icazə verilib-verilməməsi məsələsində Aİ-də fikir ayrılığı mövcuddur. Danışıqlar isə olduqca zəif gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR