Bank Of Baku

Çexiyada səhvən gizli casusların siyahısı dərc olunub

Çexiyada səhvən gizli casusların siyahısı dərc olunub
# 03 avqust 2010 04:27 (UTC +04:00)
Bakı-APA. Çexiyanın Mlada fronta Dnes qəzeti yerli Totalitar rejimlərin araşdırılması institutunun 2010-cu ilin aprelində 1948-1989-cu illərdə Çexoslovakiya kəşfiyyatına işləmiş gizli casusların siyahısını dərc elətdirdiyini yazıb. Qəzetin məlumatına görə, ehtiyatsızlıq ucbatından siyahıya xüsusi xidmət orqanlarının bəzi hazırkı əməkdaşları da düşüblər.

Çexiya hərbi kəşfiyyatının rəhbərliyi artıq məlumatı təkzib edib. «Siyahıda olan insanlardan heç biri xüsusi xidmət orqanlarının əməkdaşı və ya məlumatverəni deyil», deyə hərbi kəşfiyyatın şefi Stefan Baçinski bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR