Bank Of Baku

Baş nazir Ərdoğanın Türkiyə Quru Qüvvələrinin komandanı vəzifəsinə irəli sürdüyü namizəd bu təklifi rədd edərək təqaüdə çıxıb

Baş nazir Ərdoğanın Türkiyə Quru Qüvvələrinin komandanı vəzifəsinə irəli sürdüyü namizəd bu təklifi rədd edərək təqaüdə çıxıb
# 05 avqust 2010 15:36 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Ali Hərbi Şuranın bir neçə gündür davam edən toplantısında şuranın hərbi qanadı Quru Qüvvələri komandanlığı üçün 1-ci ordunun komandanı Həsən İğsızın (Hasan Iğsız) namizədliyini təklif edib. Lakin baş nazir Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi siyasi qanad H. İğsızın adının hərbçilərlə bağlı bəzi cinayət işlərində keçdiyini əsas gətirərək bu təyinata razılıq verməyib. R. T. Ərdoğan H. İğsızın yerinə Jandarma Qüvvələrinin komandanı Atilla İşıqın (Atilla Işık) Quru Qüvvələri komandanı təyin olunmasını təklif edib. Lakin A. İşıq bu gün gözlənilmədən təqaüdə çıxmaq üçün ərizə yazıb. Bu xəbər Ankarada şok effekti yaradıb. Ordu generalı Atilla İşıqın həmkarı Həsən İğsızın perspektivinə mane olmamaq, eyni zamanda hərbi rəhbərliyin arasındakı fikir birliyini nümayiş etdirmək üçün bu addımı atdığı bildirilir.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Ali Hərbi Şurada 2 il müddətinə seçilir. Baş Qərargah rəisi təqaüd yaşına çatmayıbsa, onun səlahiyyət müddəti daha 2 il uzadıla bilər. Səlahiyyət müddəti bitən Baş Qərargah rəisinin yerinə bu vəzifəyə Quru Qüvvələrinin komandanı gətirilir. Quru Qüvvələrinin komandanı vəzifəsi bu səbəblə çox strateji əhəmiyyətə malikdir. Hazırda mövcud Baş Qərargah rəisi İlkər Başbuğun səlahiyyət müddəti bitib və təqaüd yaşı çatıb. Onun yerinə Quru Qüvvələrinin komandanı İşıq Koşanərin (Işık Koşaner) Baş Qərargah rəisi təyin olunacağı qətiləşib. Əsas mübahisə isə Quru Qüvvələri komandanlığı üstündədir.

Əlavə edək ki, Ali Hərbi Şurada qərarlar səs çoxluğu ilə qəbul olunur. Şurada hərbi qanad çoxluqdadır. Lakin qərarlar baş nazirin imzası və prezidentin təsdiqindən sonra qüvvəyə minir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR