Bank Of Baku

Berluskoni: «Erkən seçimə hazır olun»

Berluskoni: «Erkən seçimə hazır olun»
# 05 avqust 2010 17:55 (UTC +04:00)
Bakı-APA. İtaliyanın baş naziri Silvio Berluskoni müttəfiqi Nümayəndələr Məclisi sədri Canfranco Fini tərəfdarları olan deputatların dünən etimad səsverməsində bitərəf qalmaları ilə bağlı tərəfdarlarından növbədənkənar seçimə hazırlıqlı olmağı tələb edib.

Berluskoninin lideri olduğu Müstəqillikçi Xalq Partiyası (MHP) millət vəkillərinə dünən gecə Romada verdiyi ziyafət zamanı etdiyi çıxışda «bu yay dincələk, qüvvə toplayaq və seçimə hazır hala gələk. Seçimlər üç il sonra da ola bilər, çox daha öncə də ola bilər. Ümid edirəm hökumətdəki birlik davam edəcək. Ancaq yaşanacaq ilk qəzada, italyanları sandıq başına çağırmalıyıq», deyə bildirib.

Əldə edilən məlumata görə, siyasi və maliyyə gəliri əldə etmək məqsədilə P3 adlı gizli bir təşkilat yaratmaq iddiası ilə istintaqa cəlb edilən Baş prokuror müavini Cakomo Kalyendonun yetkilərinin əlindən alınması tələbi ilə müxalifətin verdiyi təklifin, dünən 630 yerlik Nümayəndələr Məclisində 229-a qarşı 299 səslə rədd edilməsi Berluskonini narahat edib.

Berluskoni Fini tərəfdarı millət vəkillərinin MHP-dən çıxaraq yaratdıqları Gələcək və Müstəqillik Partiyasının (GMP), səsvermədə bitərəf qalmasını «koalisiya baxımından qara bir səhifə» olaraq qiymətləndirərək, «bitərəflik qanun yaradıcılığı ilə bağlı bir məsələdə ola bilər. Amma fundamental məsələlərdə bitərəf olmaq mümkün deyil», deyə bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR