Bank Of Baku

Polşanın yeni prezidenti and içib

Polşanın yeni prezidenti and içib
# 06 avqust 2010 10:32 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Polşanın yeni seçilmiş prezidenti Bronislav Komorovskinin bu gün andiçmə mərasimi keçirilib və o, rəsmən prezident vəzifəsinin icrasına başlayıb. APA-nın məlumatına görə, inauqurasiya mərasimi Seymin iclas zalında baş tutub.

Ölkə Konstitusiyasına uyğun olaraq andiçmə mərasimi parlamentin hər iki palatasının – Seym və Senatın birgə iclasında keçirilib.

Tədbirdə Azərbaycanı ölkəmizin Polşadakı səfiri Həsən Həsənov təmsil edib.

Xatırladaq ki, bu il aprelin 10-da Polşa prezidenti Lex Kaçinski Rusiyanın Smolensk şəhəri yaxınlığında aviaqəzada həlak olub. Bu səbəbdən ölkədə növbədənkənar prezident seçkiləri keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR