Bank Of Baku

Türkiyədə 101 yüksək rütbəli hərbçi haqqında həbs qərarı ləğv edilib

Türkiyədə 101 yüksək rütbəli hərbçi haqqında həbs qərarı ləğv edilib
# 07 avqust 2010 07:06 (UTC +04:00)
APA-nın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, 11 saylı məhkəmənin hakim heyəti səs çoxluğu ilə İstanbul 10 saylı Ağır Cəza Məhkəməsinin seçdiyi həbs qətimkan tədbirini ləğv edib.

Qərarda bildirilir ki, cinayət işi açılarkən iş üzrə adı keçən şəxslərin heç biri haqqında həbs qətimkan tədbiri seçilməyib, daha sonra onların bir hissəsi həbs edilib və sərbəst buraxılıb, bir hissəsi isə artıq prokurorluğa ifadə verib: “Həmin şəxslər haqqında həbs qərarı verilməsi üçün onların istintaqdan yayınması lazımdır. Lakin hal-hazırda belə bir durum yoxdur”.

Xatırladaq ki, barəsində həbs qətimkan tədbiri seçilən şəxslər arasında Hərbi Hava Qüvvələrinin keçmiş komandanı, ordu generalı İbrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, ordu admiralı Özdən Örnək, Baş Qərargah rəisinin sabiq müavini, ordu generalı Ergin Sayqun, 1-ci ordunun sabiq komandanı, ordu generalı Çətin Doğan – ümumilikdə 52 istefada və fəaliyyətdə olan general-admiral var idi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR