Bank Of Baku

Türkiyə Silahlı Qüvvələrinin yeni rəhbərliyi müəyyənləşib

Türkiyə Silahlı Qüvvələrinin yeni rəhbərliyi müəyyənləşib
# 09 avqust 2010 07:12 (UTC +04:00)
Bu gün təsdiq olunmuş yeni tərkibdə bir neçə gündür gərgin müzakirələrə səbəb olan Quru Qoşunları komandanı postuna da təyinat olub.
Ali Hərbi Şuranın iclasının yekunları əsasında qəbul edilmiş qərara əsasən Baş Qərargahının rəisi postuna ənənəvi qaydada Quru Qoşunlarının komandanı, ordu generalı Səbahəddin İşık Koşaner, Quru Qoşunlarının komandanı postuna ordu generalı Erdal Ceylanoğlu, Jandarma Baş Komandanlığına ordu generalı Necdət Özəl, I ordu komandanı postuna ordu generalı Hayri Kıvrıkoğlu, II ordu komandanı postuna general-polkovnik Sərvət Yörük, III ordu komandanı postuna general-polkovnik Yalçın Ataman, Egey Ordusunun komandanı postuna ordu generalı Nüsrət Taşdələr, Quru Qoşunlarının Təhsil və Doktrina Komandanlığına ordu generalı Saldıray Berk, Baş Qərargahın ikinci rəisi postuna ordu generalı Aslan Günər, Quru Qoşunlarının qərargah rəisi postuna ordu generalı Bəkir Kalyoncu, Donanma Komandanlığına ordu admiralı Murad Bilgel, Hərb Akademiyaları Komandanlığına isə ordu generalı Bilgin Balanlı təyin olunub.
Şuranın qərarı ilə Hərbi Dəniz Qüvvələrinin komandanı, ordu admiralı Uğur Yigit və Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Həsən Aksay daha bir il öz vəzifələrində saxlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR