Bank Of Baku

Polşa parlamenti daşqınla bağlı iclas keçirəcək

Polşa parlamenti daşqınla bağlı iclas keçirəcək
# 10 avqust 2010 02:42 (UTC +04:00)
Bakı-APA. Polşa parlamenti avqustun 12-də ölkənin cənubundakı daşqınla əlaqədar fövqəladə iclas keçirəcək. Bu barədə Seymin spikeri Qjeqoj Sxetına məlumat verib.

Avqustun 6-da Polşa prezidenti Bronislav Komorovskinin andiçmə mərasimindən sonra Seymin deputatları rəsmi olaraq məzuniyyətə gediblər.

Polşada yağan şiddətli yağışlar çayların suyunun kəskin surətdə artmasına səbəb olub. Belə ki, Aşağı Sileziyada bir gün ərzində iki aylıq yağıntı norması yağıb.

Boqatınya və Zqojelets şəhərlərini isə su basıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR