Bank Of Baku

Fransanın cənubunda daşqınlar kənd təsərrüfatına 50 milyon avroya başa gələcək

Fransanın cənubunda daşqınlar kənd təsərrüfatına 50 milyon avroya başa gələcək
# 11 avqust 2010 22:45 (UTC +04:00)
Bakı-APA. Fransanın cənubundakı daşqınlar ölkənin kənd təsərrüfatı sahəsinə 50 milyon avroya başa gələcək. Bu barədə Fransanın Var departamentinin prefekti Yuq Paran bəyan edib.

İyunun 15-i və 16-sı Var departamentinə şiddətli yağışlar yağıb. Çaylar sahillərindən çıxaraq avtomobilləri aparıblar və evlərə ziyan vurublar. 25 nəfər təbii fəlakətin qurbanı olub, 3 nəfər itkin düşüb. Yollar bağlanıb, on minlərlə insan susuz, telefonsuz və işıqsız qalıblar. İlkin məlumatlara görə, sığorta şirkətləri zərərçəkənlərə təxminən 700 milyon avro ödəməlidirlər.

Paranın sözlərinə görə, bölgəyə bir neçə dəfə səfər etmiş xüsusi ekspert qrupu sığortalanmamış hadisələri 7 milyon, məhsul itkisini isə 43,6 milyon avro həcmində qiymətləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR