Bank Of Baku

Polşada daşqın qurbanlarının sayı 4-ə çatıb

Polşada daşqın qurbanlarının sayı 4-ə çatıb
# 12 avqust 2010 03:01 (UTC +04:00)
Bakı-APA. Polşanın cənub-qərbində baş verən daşqınların qurbanlarının sayı dördə çatıb.

Dördüncü həlak olmuş şəxsin cəsədi Medyanka çayında tapılıb. Həlak olan qadındır. O daşqın zamanı yıxılmış ağacın altında qalıb. Beləliklə, daşqın nəticəsində 3 qadın və 1 xilasedici həlak olublar.

Polşada yağan şiddətli yağışlar çayların suyunun kəskin surətdə artmasına səbəb olub. Belə ki, Aşağı Sileziyada bir gün ərzində iki aylıq yağıntı norması yağıb.

Boqatınya və Zqojelets şəhərlərini isə su basıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR