Bank Of Baku

ABŞ: S-300 kompleksləri Abxaziyada 2 il əvvəl yerləşdirilib

ABŞ: S-300 kompleksləri Abxaziyada 2 il əvvəl yerləşdirilib
# 12 avqust 2010 23:41 (UTC +04:00)
Bakı-APA. Amerika Dövlət Departamentinin nümayəndəsi Fillip Krouli deyib ki, S-300 raket kompleksləri Abxaziyada iki il əvvəl yerləşdirilib.
“Bu bizim üçün yeni xəbər deyil”, - deyib Fillip Krouli.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə,
Kroulinin sözlərinə görə raketlərin yerləşdirilməsi barədə Rusiyanın səsləndirdiyi bəyanat gözlənilməz olmayıb.
Çox güman ki, Rusiya Abxaziyada raketlərin sayını artırıb, - deyib Filip Krouli.
Ötən çərşənbə Rusiya Müdafiə Nazirliyi Abxaziyada raket sistemlərinin quraşdırıldığını bəyan edib.
Jurnalistlərlə görüşü vaxtı general-polkovnik Aleksandr Zelin S-300-lərin müdafiə məqsədli silah növü olduğunu vurğulayıb.
Rusiya Hava Qüvvələri komandanı Abxaziya hava məkanına icazəsiz daxil olan bütün obyektlərin vurulacağını deyib.
Tbilisi raketlərin yerləşdirilməsinə etiraz edib.
Gürcüstanın Böyük Britanıyadakı səfiribildirib ki, bu, Gürcüstanla Rusiya arasında Avropa İttifaqının vasitəçiliyi ilə bağlanan atəşkəsin qaydalarına ziddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR