Bank Of Baku

Casusluqda şübhəli bilinən İsrail vətəndaşı Almaniyaya ekstradisiya edilib

Casusluqda şübhəli bilinən İsrail vətəndaşı Almaniyaya ekstradisiya edilib
# 13 avqust 2010 00:43 (UTC +04:00)
Bakı-APA. Polşa casusluqda və qanunsuz yolla Almaniya pasportunu əldə etməkdə şübhəli bilinən İsrail vətəndaşını Uri Brodskini Almaniyaya ekstradisiya edib.
APA-nın radio RFI istinadən verdiyi xəbərə görə, o son iki ay Polşada həbsdə saxlanılırdı.
Uri Brodsky İsrailin xüsusi xidmət orqanların HƏMAS-ın liderinin ortadan qaldırılması əməliyyatının hazırlanmasında iştirak edib. Xatırladag ki, Mahmoud al-Mavhuh Dubay otelində bu ilin yanvarın 20-də ölü tapılıb. Dubay polisi İsrail xüsusi xidmət orqanların onu öldürülməsini iddia edir. Lakın İsrail bu iddianı rədd edir. Mətbuatda gedən xəbərə görə, İsrail kəşfiyyatı bu əməliyyatı həyata keçirmək üçün Almaniya, Fransa, Britaniya və digər Qərb dövlətlərin pasportlarından istifadə edib.
Uri Brodsky Varşava hava limanında iyunun 4-də həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR