Bank Of Baku

ABŞ Türkiyədən İsrail və İrana qarşı siyasi kursunu dəyişməyi tələb edib

ABŞ Türkiyədən İsrail və İrana qarşı siyasi kursunu dəyişməyi tələb edib
# 16 avqust 2010 09:13 (UTC +04:00)
APA-nın “İTAR-TASS”-a istinadən verdiyi məlumata görə, Britaniyanın “Financial times” qəzetinin bugünkü sayında dərc olunmuş məqalədə deyilir ki, bunu ABŞ prezidenti Barak Obama Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana bildirib. Vaşinqton Ankaranı hədələyib ki, əks halda, Türkiyənin istədiyi silah ona verilməyəcək.
Qəzetin yazdığına görə, Türkiyə İraqın şimalında dağlarda məskunlaşmış kürd separatçıları ilə mübarizə üçün ABŞ-dan «Ripey» raketləri ilə təchiz olmuş pilotsuz təyyarə istəyib.
Ağ Evin sahibi Ərdoğana deyib ki, Türkiyənin bəzi addımları Ankaranın etibarlı tərəfdaş olması məsələsində Konqresdə şübhə doğurub.
Qəzet yazır ki, Vaşinqton iyun ayında BMT-nin İrana qarşı sanksiyaları ilə bağlı səsvermədəki mövqeyindən çox narazı qalıb.
Məqalədə ABŞ administrasiyasının nümayəndəsinə istinadən qeyd olunur ki, Türkiyə təhlükəsizlik məsələsində ABŞ-ın milli maraqlarını tam ciddiliyi ilə nəzərə aldığını sübut etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR