Bank Of Baku

Fransa qaraçıları deportasiya etməyə başlayıb

Fransa qaraçıları deportasiya etməyə başlayıb
# 19 avqust 2010 14:56 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün qaraçılarla dolu ilk təyyarə Buxarestə yola salınıb. Gün ərzində daha iki belə reysin keçirilməsi planlaşdırılır. Avqustun 19-da ümumilikdə 93 qaraçı ölkədən deportasiya ediləcək. Ayın sonuna kimi Fransadan Rumıniyaya 292 qaraçının göndərilməsi nəzərdə tutulur. Hökumət ümumilikdə 700-dək qaraçını deportasiya etməyə hazırlaşır. Fransız məmurların sözlərin görə, qaraçıların deportasiyası könüllülük prinsipi əsasında həyata keçirilir. Ölkədən çıxarılacaq hər bir qaraçı 300 avro, hər körpə uşaq isə 100 avro kompensasiya alacaq. Deportasiya edilən qaraçıların məskunlaşdığı qanunsuz tikililər bələdiyyələr tərəfindən dərhal sökülür. İndiyədək 50 belə tikili sökülüb, ümumilikdə hökumət 250 qaraçı evini sökməyi planlaşdırır. Hazırda Fransa ərazisində yüz illərdir bu ölkədə məskunlaşmış yüz minlərlə qaraçı ilə yanaşı Şərqi Avropadan köç etmiş 15 mindən artıq qaraçı da yaşayır. Vizasız rejim səbəbilə qaraçılar Fransa ərazisində rahatlıqla daxil ola bilir, lakin işləmək və yaşayış hüququndan məhrumdurlar. Ötən il Şərqi Avropa əsilli 10 mindən çox qaraçı ölkələrinə deportasiya edilsə də, onların bir hissəsi yenidən Fransaya qayıdıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR