Bank Of Baku

Xüsusi axtarışda olan terrorçu həbs olunub

Xüsusi axtarışda olan terrorçu həbs olunub
# 21 avqust 2010 15:44 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. ETA bask terror təşkilatının xüsusi axtarışda olan üzvü Luis Mariya Senqotitabenqoa (Luis Maria Zengotitabengoa) Belçikada həbs olunub.

APA-nın «RİA Novosti»yə istinadən verdiyi məlumata görə, İspaniya və Belçika hüquq-mühafizə orqanları tərəfindən keçirilən birgə əməliyyat tədbirləri nəticəsində ETA üzvü bu gün səhər saatlarında saxta sənədlə yaşadığı Ostende şəhərindəki mehmanxanalardan birində həbs edilib.

İspaniya polisinin iddiasına görə, L.M.Senqotitabenqoanı bu ilin yanvarında Samopa vilayətində saxlanılan partlayıcı maddələrlə dolu avtomobillə əlaqəsi olub. Avtomobilin sürücüsü qaçsa da, bir müddət sonra sürücü və daha bir ETA üzvü Portuqaliya ərazisində saxlanılıb.

Qeyd edək ki, L.M.Senqotitabenqoa ETA-nın tanınmış üzvlərindən olan Andoni Senqotitabenqoanın qardaşıdır. A.Senqotitabenqoa isə bu ilin martında Portuqaliyanın paytaxtı Lissabonda həbs edilib.

Xatırladaq ki, 1959-cu ildən fəaliyyət göstərən ETA indiyədək 857 şəxsin qətlə yetirilməsində ittiham olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR