Bank Of Baku

Slovakiya səfirliyi Dağlıq Qarabağa “müstəqilliyinin” 20 illiyi münasibətilə göndərilmiş təbrik barədə informasiyanı təkzib edib

Slovakiya səfirliyi Dağlıq Qarabağa “müstəqilliyinin” 20 illiyi münasibətilə göndərilmiş təbrik barədə informasiyanı təkzib edib
# 05 sentyabr 2011 22:35 (UTC +04:00)
Bakı-APA. Slovakiyanın Moskvadakı səfirliyi Slovakiya vətəndaşları Yan Çarnoqurski və Frantişek Mikloşko adından Dağlıq Qarabağa “müstəqiliyinin” 20 illiyi münasibətilə göndərilmiş təbrik barəsində 2011-ci il sentyabrın 1-də Rusiya, Azərbaycan və Ermənistanın KİV-lərdə dərc olunmuş informasiyanı təkzib edib.
Slovakiyanın Moskvadakı səfirliyindən APA-ya verilən xəbərdə bildirilir, təbrik onların öz təşəbbüsüdür, KİV-lərdə dərc olunmuş informasiyada göstərilən vəzifələri – “Slovakiya hökumətinin baş naziri və Milli Məclisin sədri” vəzifələri isə həqiqətə uyğun deyildir. Səfirliyin təkzibində deyilir: “Yan Çarnoqurski və Frantişek Mikloşko Slovakiyanın keçmiş deputatları və siyasətçiləridir. Onlar artıq ölkənin fəal siyasi həyatında iştirak etmirlər və Slovakiyanın indiki hökumətində heç bir vəzifə tutmurlar. Dağlıq Qarabağ məsələsində Slovakiya Respublikasının rəsmi mövqeyi dəyişməz qalır, beynəlxalq hüquqa və BMT-nin müvafiq qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə əməl olunması prinsipinə əsaslanır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR