Bank Of Baku

Britaniya və Liviya təhlükəsizlik idarələri arasında əlaqələr araşdırılacaq

Britaniya və Liviya təhlükəsizlik idarələri arasında əlaqələr araşdırılacaq
# 06 sentyabr 2011 01:22 (UTC +04:00)
Bakı-APA. Britaniyanın baş naziri Devid Kameron təhlükəsizlik idarələrinin terrorçuluqda şübhəli bilinən şəxsləri işgəncə veriləcəyini bilərək onları Liviyaya göndərdiyinə dair iddialarla bağlı təhqiqat komissiyası yaradıldığını bildirib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə gör, parlamentdə çıxışı zamanı Kameron deyib ki, Britaniya və Liviya təhlükəsizlik idarələri arasında əlaqələrin nə dərəcədə yaxın olduğu məsələsi araşdırılacaq.
Human Rights Watch təşkilatı bildirib ki, 2004-cü ildə Əbdül-Hakim Belhacın ələ keçirilməsi ilə bağlı əldə etdiyi sənədə əsasən, əməliyyat Britaniyanın kəşfiyyat idarəsi tərəfindən planlaşdırılıb və həyata keçirilib. O zaman Əbu Əbd Allah Sadiq kimi tanınan Belhac hazırda Liviyanın üsyançıların başçılıq etdiyi müvəqqəti hökumətində ordu başçısıdır. Belhac Liviyaya göndərilməzdən əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən işgəncələrə məruz qaldığını deyib. O, sonradan Liviya hökuməti tərəfindən ona işgəncə verildiyi və Britaniya agentləri tərəfindən dindirildiyi bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR