Bank Of Baku

Türkiyədə məcburi eniş edən Pakistana məxsus təyyarədə bomba aşkar olunmayıb

Türkiyədə məcburi eniş edən Pakistana məxsus təyyarədə bomba aşkar olunmayıb
# 07 sentyabr 2011 23:03 (UTC +04:00)
Bakı-APA. İstanbulun Atatürk hava limanına məcburi eniş edən Pakistan milli aviaşirkətinə məxsus təyyarədə bomba aşkar edilməyib.
APA-nın HaberTürk telekanalına istinadən verdiyi xəbərə görə, İslamabaddan Mançesterə hərəkət edən təyyarənin salonunda və yük saxlanılan yerində aparılan axtarış zamanı partlayıcı qurğu aşkar edilməyib.
Xatırladaq ki, bu gün eyni səbəbdən Pakistana məxsus digər təyyarə Malayziyanın paytaxtı Kuala-Lumpur hava limanına məcburi eniş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR