Bank Of Baku

Şarl Aznavur erməni lobbisinin qəzəbinə tuş gəlib

Şarl Aznavur erməni lobbisinin qəzəbinə tuş gəlib
# 08 sentyabr 2011 03:46 (UTC +04:00)
Bakı-APA.Fransadakı erməni lobbisi bu ölkənin televiziya proqramında tanınmış erməni əsilli müğənni Şarl Aznavurun "soyqırım sözü məni narahat edir" ifadəsinə sərt reaksiya verib.
APA-nın CNNTURK-ə istinadən verdiyi xəbərə görə, Fransadakı erməni təşkilatlarının internet saytlarında Aznavurun ünvanına sərt mesajlar göndərilib. Lakin bəzi ermənilər onun mövqeyini dəstəkləyib.
Aznavur "France 2" televiziya kanalında "Vivement Dimanche" adlı proqramda çıxışı zamanı deyib:" Soyqırım sözü məni narahat edir, türk-erməni sərhədlərinin açılması və türklərlə dialoq prosessin davam etməsi üçün başqa söz tapmaq lazımdır".

Müğənni Türkiyəni ziyarət etməyin arzusunda olduğunu bildirib. “Çünki türklər deyildiyindən də çox fərqli, yaxşı insanlardı. Orada havalar da, yeməklər də gözəldir", Aznavur deyib.
Aznavurun bu ifadəsini studiyadakı ermənilər təslimçilik, “soyqırımın” tanıması uğrunda aparılan mübarizəyə xəyanət kimi qiymətləndiriblər.
Buna cavab olaraq Azvnavur tamaşaçılara müraciət edərək "burada türk varmı, onunla hesab çəkək”, "türklər yaxşı insanlardır, əgər buradadırlarsa, onlar xoş gəliblər", deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR