Bank Of Baku

Almaniyada iki nəfər terrorçuluqda şübhəli bilinərək həbs edilib

Almaniyada iki nəfər terrorçuluqda şübhəli bilinərək həbs edilib
# 09 sentyabr 2011 01:12 (UTC +04:00)
Bakı-APA. Almaniya polisi Berlində terrorçuluqda şübhəli bilinən iki nəfəri həbs edib.
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, onların böyük terror hücumu planlaşdırıdıqları ehtimal olunur.
Bildirilir ki, Livan əsilli 24 yaşlı alman və Qəzza zolağından olan 28 yaşlı digər bir şəxs böyük həcmdə kimyəvi maddə almağa çalışarkən həbs ediliblər. Bu maddələrdən partlayıcı qurğular hazırlana bilər.
Polis nümayəndəsi Tomas Neuendorf deyib ki, onlar şübhəlilərin evində və əlaqədə olduqları islam mədəniyyət mərkəzində araşdırma aparırlar.
Onun sözlərinə görə, hazırda istintaq davam edir: “Bizim ona görə İslam Mədəniyyət Mərkəzindəyik ki, onlar hərdən bir buraya gəlib, burada vaxt keçiriblər. Biz habelə partlayıcı maddələrin hazırlanması üçün istifadə olunan başqa kimyəvi maddələr axtarırıq”- Neuendorf bildirib.
Polis nümayəndəsinin sözlərinə görə, həbslər iki aylıq təhqiqatın nəticəsində həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR