Bank Of Baku

Sabiq müşaviri Jak Şirakı Afrika liderlərindən rüşvət almaqda ittiham edib

Sabiq müşaviri Jak Şirakı Afrika liderlərindən rüşvət almaqda ittiham edib
# 12 sentyabr 2011 16:27 (UTC +04:00)
Bakı - APA. Fransanın sabiq prezidenti Jak Şirakın keçmiş müşaviri Rober Burji onu və sabiq baş nazir Dominik de Vilpeni 1995-2005-ci illərdə Afrika liderlərindən 20 mln. Dollar rüşvət almaqda ittiham edib.

APA-nın Fransa mətbuatına istinadən xəbərinə görə, Jak Şirak və Dominik de Vilpen buna cavab olaraq Rober Burjini böhtan atdığına görə məhkəməyə verəcəklərini bildiriblər.

Qabon, Seneqal və Konqo prezidentlərinin yaxın adamı sayılan vəkil Rober Burji Jak Şirak və Dominik de Vilpenin Afrika məsələləri üzrə müşaviri olub. O, adı çəkilən liderlərə rüşvətin verilməsində iştirak etdiyini, hətta seçki kampaniyasının maliyyələşdirilməsi üçün nəzərdə tutulan pulları şəxsən çatdırdığını iddia edir: “Mən bu faktları açıqlamağa müstəqil şəkildə qərar verdim. Məni buna vicdanım məcbur etdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR