Bank Of Baku

Britaniya BMT-nin İrana qarşı sərt qətnamə qəbul etməsinə çalışacaq

Britaniya BMT-nin İrana qarşı sərt qətnamə qəbul etməsinə çalışacaq
# 14 sentyabr 2011 02:51 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniya İranda insan haqlarının pozulmasını pisləyən BMT qətnaməsinin qəbul edilməsinə çalışacaq. Bu barədə Britaniya XİN başçısı Uilyam Heyq bəyan edib.

Heyq Tehranın ərəb ölkələrindəki inqilabi hərəkatları dəstəkləyərək öz ölkəsində insan haqlarını pozmasını «ikiüzlülük» adlandırıb.

«Bu ay mən BMT Baş Assambleyasının illik toplantısında iştirak edəcəyəm. Orada biz İranda insan haqlarının pozulmasını pisləyən sərt qətnamənin qəbul edilməsinə çalışacağıq», deyə Heyq bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR