Bank Of Baku

Günter Ottinger: ““Cənub axını” “Nabucco”ya mane olmaq cəhdidir”

Günter Ottinger: ““Cənub axını” “Nabucco”ya mane olmaq cəhdidir”
# 15 sentyabr 2011 09:10 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. Avropa İttifaqının enerji komissarı Günter Ottinger Rusiyanın dəstəklədiyi “Cənub axını” boru kəməri layihəsini tənqid edib. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, G. Ottinger deyib ki, Rusiyanın təşəbbüsü ilə inşa eidlən “Cənub axını” kəməri alternativ layihə olan “Nabucco”ya mane olmaq cəhdidir. Bununla yanaşı, o qeyd edib ki, Rusiyanın layihəsi Avropa İttifaqını “Nabucco”dan öz dəstəyini çəkməyə məcbur etməyəcək.

Xatırladaq ki, bu gün Rusiyanın “Qazprom”, İtaliyanın “Eni”, Fransanin EDF və Almaniyanın “Wintershall” şirkətlərinin Soçidə “Cənub axınına” dair hüquqi öhdəliklər üzrə sazişə imza atmaqları planlaşdırılır. “Cənub axını” 2015-ci ildə istismara verilməli və illik 15,75 milyard kubmetr qaz nəqletmə qabiliyyətinə malik olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR