Bank Of Baku

Sarkozi: «Yunanıstanın iflası Avropanın iflasına gətirəcək»

Sarkozi: «Yunanıstanın iflası Avropanın iflasına gətirəcək»
# 30 sentyabr 2011 21:54 (UTC +04:00)
Bakı-APA. Yunanıstanın iflası Avropa Birliyinin maliyyə iflasına gətirə bilər, ona görə də Aİ yunan iqtisadiyyatının xilası üçün hər şeyi etməlidir. Fransa prezidenti Nikolya Sarkozi belə bir bəyanatla çıxış edib.

Sarkozi gələn həftə avronun xilasını sürətləndirmək üçün Almaniyaya gedəcəyini bildirib.

«Yunanıstanı əxlaqi və iqtisadi səbəblərə görə belə bir gündə yalnız buraxmaq olmaz», deyə Yunanıstan baş naziri Georgios Papandreu ilə görüşdən sonra Sarkozi bəyan edib.

Sarkozi bildirib ki, Yunanıstanın xilasının alternativi yoxdur: «Yunanıstanın iflası bütün Avropanın iflası olacaq. Avropa sivilizasiya, ailə, qarşılıqlı yardım deməkdir. Ailə üzvlərindən biri çətinliyə düşərsə, ailənin digər üzvləri ona kömək üçün əllərindən gələni etməlidirlər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR