Bank Of Baku

Marian Lupu: “Avropa Şurası GUAM çərçivəsində əməkdaşlığa stimul vermək üçün çox gözəl platformadır”

Marian Lupu: “Avropa Şurası GUAM çərçivəsində əməkdaşlığa stimul vermək üçün  çox gözəl platformadır”
# 03 oktyabr 2011 19:19 (UTC +04:00)
Strasburq. Fuad Qulubəyli-APA. Bu gün AŞPA sessiyası çərçivəsində Moldova prezidentinin vəzifələrini icra edən Marian Lupunun Avropa Şurası baş katibi Tyorbörn Yaqlandla görüşü olub. Görüşdən sonra jurnalistlərə açıqlama verən Moldovanın ölkə başçısı, GUAM təşkilatının fəaliyyətindən də danışıb. APA əməkdaşının Avropa Şurası ilə GUAM arasındakı münasibətlərinə dair suala cavabında, cənab Lupu GUAM daxilində təşkilata üzv ölkələr arasında münasibətlərin genişləndirilməsi üçün AŞ-nın çox yaxşı bir platforma olduğunu bildirib. “GUAM təşkilatının dörd üzvü həm də Avropa Şurasının üzvləridir. Hesab edirəm ki, AŞ GUAM çərçivəsində əməkdaşlığa stimul vermək üçün çox gözəl bir platformadır. Hesab edirəm ki, bu regional təşkilat çərçivəsində əməkdaşlığı gücləndirmək lazımdır, çünki 90-cı illərdən bu yana müxtəlif siyasi məsələlərdən çox danışılıb, təəssüf ki, bu günə qədər nəqliyyat, enerji, ticari mübadilələrin liberallaşdırılması və bir çox infrastruktur sahələrdə konkret layihələrin inkişaf etdirilməsinə nail olunmayıb. Amma AŞ GUAM üzvü olan hər bir ölkədə Avropa standartlarına uyğun olacaq müxtəlif demokratik islahatları koordinasiya etmək üçün müstəsna bir platformadır. Bundan əlavə, GUAM-a üzv ölkələr həmçinin strateji əhəmiyyət kəsb edən Avropa İttifaqının Şərq Tərəfdaşlığı layihəsinə daxildir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR