Bank Of Baku

Almaniyada keçirilən Oktoberfest festivalında qonaqlar 7.5 milyon litr pivə içiblər

Almaniyada keçirilən Oktoberfest festivalında qonaqlar 7.5 milyon litr pivə içiblər
# 05 oktyabr 2011 04:50 (UTC +04:00)
Bakı-APA. Münhendə keçirilən ənənəvi Oktoberfest - dünyanın ən böyük pivə festivalında, qonaqlar rekord vuraraq 7.5 milyon litr pivə içiblər.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu il festivalda 6.9 milyon insan iştirak edib.

Münhenin meri Kristian Ude bildirib ki, "festivalda son günə qədər əla əhval-ruhiyə hökm sürüb".

Lakin bu il iştirakçıların sayı 1985-ci ilin rekordunu qıra bilməyib. Həmin il festivalda 7.1 milyon insan iştirak edib.
Xarici qonaqların çoxu – bir milyonu İtaliyadan gəlib. İtaliya turistlərinə nəzarət etmək üçün festivala min nəfər İtaliya polisi də gəlib.

Təşkilatçılar bildirirlər ki, festival zamanı qonaqlar 118 öküz, minlərə toyuq yeyiblər. Ənənəvi olaraq festival pivə parçları oğurlanıb. Bu il qonaqlar 226 min parç oğurlayıblar. Festival zamanı 58 insident qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR