Bank Of Baku

Mahmud Abbas: “Türkiyə-İsrail münasibətlərinin normallaşması bölgədə sülh danışıqlarına müsbət təsir edə bilər”

Mahmud Abbas: “Türkiyə-İsrail münasibətlərinin normallaşması bölgədə sülh danışıqlarına müsbət təsir edə bilər”
# 06 oktyabr 2011 15:37 (UTC +04:00)
APA-nın Avropa bürosunun məlumatına görə, Fələstin hökumətinin başçısı Türkiyənin regionda oynaya biləcəyi rolu yüksək qiymətləndirib və Türkiyə ilə İsrail arasındakı münasibətlərin normallaşacağı təqdirdə bunun bölgədəki sülh danışıqlarına da müsbət təsir edə biləcəyini söyləyib: “Bildiyiniz kimi, Türkiyə artıq Suriya ilə İsrail arasında vasitəçilik rolunu oynayıb və biz bu prosesləri yaxından izləyirdik. Biz bilirik ki, Türkiyənin bu məsələdəki rolu olduqca əhəmiyyətlidir və Yaxın Şərqdə sülhün yaranmasına xidmət edir. Bundan başqa, Türkiyə bizim də müstəqil dövlətimizin qurulması üçün bizə çox böyük dəstək verir. Hesab edirəm ki, İsrail bu gəmilər məsələsində adekvat cavab versə, o zaman bu sülh prosesinə də böyük rol oynaya bilər. Bunun üçün Türkiyə ilə İsrail arasında barışıq əldə olmalıdır. Türkiyədən uyğun və tələb olunan şəkildə üzr istənməlidir və bundan sonra Türkiyənin bölgədəki rolunun yenidən effektiv olacağına inanıram”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR