Bank Of Baku

Futbol ulduzu Ueyn Runinin atası danışılmış oyunlarla bağlı istintaq çərçivəsində həbs edilib – FOTO

Futbol ulduzu Ueyn Runinin atası danışılmış oyunlarla bağlı istintaq çərçivəsində həbs edilib – <font color=red>FOTO </font>
# 06 oktyabr 2011 15:50 (UTC +04:00)
APA-nın “The Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, oğlu ilə eyni adı daşıyan 48 yaşlı Runi və 54 yaşlı qardaşı Riçi 2010-cu il dekabrın 14-də Şotlandiya çempionatında keçirilən şübhəli “Moteruell” – “Harts” qarşılaşması ilə əlaqədar aparılan cinayət işi üzrə saxlanılıblar. İş üzrə ümumilikdə 9 nəfər həbs olunub.

“Moteruell” – “Harts” matçı 1:2 hesabı ilə “Harts”ın xeyrinə nəticələnib. “Harts”ın qollarından biri penaltidən vurulub. “Moteruell”in oyunçusu Stiv Cenninqs 82-ci dəqiqədə qırmızı kart alaraq meydandan qovulub. Oyun keçirilən gün Liverpulda bir nəfər “Moteruell”in bir oyunçusunun qırmızı vərəqə alacağı ilə bağlı ayrı-ayrılıqda hər biri 100 sterlinq olmaqla iki “stavka” qoyub. Eyni şəxs bir qədər sonra daha iri “stavka”lar qoymaq istəyib, lakin mərc şirkətinin onlayn təhlükəsizlik sistemi bu şübhəli “stavka”ları qəbul etməyib. Mərc şirkəti polisə müraciət etdikdən sonra polis təhqiqata başlayıb.

Matçda qırmızı vərəqə alan S. Cenninqs də həbs olunanlar arasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR