Bank Of Baku

2011-ci ilin ilk 8 ayı ərzində Gürcüstana gələn xarici vətəndaşlar içində ən çox Azərbaycan vətəndaşları olub

2011-ci ilin ilk 8 ayı ərzində Gürcüstana gələn xarici vətəndaşlar içində ən çox Azərbaycan vətəndaşları olub
# 07 oktyabr 2011 00:40 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. 2011-ci ilin ilk 8 ayı ərzində Gürcüstana gələn xarici vətəndaşların sayı 1 793 449 nəfər olub. Sərhədi keçib Gürcüstana gələn Azərbaycan vətəndaşlarının sayı isə həmin müddət ərzində 456 283 nəfər olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Daxili işlər Nazirliyinin informasiya-analitik departamenti məlumat yayıb. Məlumata görə, Azərbaycandan sonra Türkiyə (455 611), Ermənistan (448 374), Rusiya Federasiyası (176 090) vətəndaşları olublar. Avropadan Gürcüstana gələn vətəndaşların sayı isə 5% təşkil edib.

Gürcüstan DİN ayrıca olaraq Lars buraxılış məntəqəsini keçən vətəndaşlar barədə də məlumat dərc edib. 8 ay ərzində Lars sərhəd-buraxılış məntəqəsindən Gürcüstana 101 790 vətəndaşın daxil olduğu barədə qeydiyyat aparılıb. Onlardan 31%-i Ermənistan vətəndaşıdır.

Məlumatda 2010-ci ilin 8 ay ərzində 2 031 695 nəfər xarici vətəndaşın Gürcüstan sərhədini keçdiyi bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR