Bank Of Baku

Bu gün Nobel Sülh Mükafatı laureatının adı açıqlanacaq

Bu gün Nobel Sülh Mükafatı laureatının adı açıqlanacaq
# 07 oktyabr 2011 04:57 (UTC +04:00)
Bakı-APA. Bu gün Nobel Sülh Mükafatı laureatının adı elan olunacaq.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, ənənəvi olaraq bu mükafat İsveç Akademiyası deyil, Norveç Nobel Komitəsi tərəfində verilir.
Müşahidəçilərin fikrincə mükafat ərəb dünyasında bir sıra rejimlərin devrilməsi ilə nəticələnən kütləvi etiraz aksiyaları - “Ərəb Baharı”-nın fəalları və ya təşkilatçılarından birinə verilə bilər. Digər bir versiyaya görə, bu mükafata Afrika qitəsində ilk qadın dövlət başçısı, Liberiyanın prezidenti Ellen Conson Sirleaf, Rusiyanın "Memorial" təşkilatı yaxud Avropa İttifaqı layıq görülə bilər.
Xatırladaq ki, artıq Stokholmda ədəbiyyat üzrə Nobel mükafatının laureatı İsveç şairi Tomas Transtremer olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR