Bank Of Baku

2011-ci il Nobel Sülh Mükafatının laureatları açıqlanıb

2011-ci il Nobel Sülh Mükafatının laureatları açıqlanıb
# 07 oktyabr 2011 12:22 (UTC +04:00)
APA-nın məlumatına görə, Leyma Qvobi liberiyalı müsəlman və xristianları yerli səhra komandirləri ilə mübarizəyə cəlb etməklə məşğuldur, Təvəkkül Karman isə Yəməndə hökumət əleyhinə aksiyaların təşkilatçısı sayılır. Liberiyanın 24-cü prezidenti, 72 yaşlı Elen Conson-Serlif Afrika qitəsində ilk qadın prezidentdir. O həm də Liberiyada demokratik yolla seçilmiş ilk dövlət başçısı sayılır.
Qeyd edək ki, bir çox ekspertlər bu il Nobel Sülh Mükafatının “Ərəb baharı”nın təşkilatçılarından birinə təqdim olunacağı versiyasını irəli sürsələr də, ehtimallar özünü doğrultmayıb. Komitə 241 nəfərin namizədliyini nəzərdən keçirərək mükafatın 3 nəfər arasında bölünməsinə qərar verib. Nobel Sülh Mükafatının təqdim edilməsi mərasimi dekabrın 10-da Osloda keçiriləcək. Digər Nobel mükafatları isə həmin gün Stokholmda keçiriləcək mərasimdə sahiblərinə təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR