Bank Of Baku

Sarkozi Saakaşvilini “Şərəf Legionu” ordeni ilə təltif edib

Sarkozi  Saakaşvilini “Şərəf Legionu”  ordeni ilə təltif edib
# 08 oktyabr 2011 00:16 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Oktyabrın 7-də Gürcüstan Prezidenti Mixeil Saakaşvili Fransanın ən yüksək mükafatı olan “Şərəf Legionu” ordeninə layiq görülüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu ordeni Gürcüstana səfəri zamanı ona fransız həmkarı Nikola Sarkozi təqdim edib. Fransa lideri qeyd edib ki, Gürcüstan prezidenti bu mükafata onun xidmətlərini qiymətləndirdiyinə görə təqdim edilib.
Mixail Saakaşvili bildirib ki, mən heç vaxt təsəvvürümə gətirə bilməzdim ki, ən yüksək mükafata layiq görüləcəyəm.
Həmin gün prezident iqamətgahında Fransa prezidenti Nikola Sarkozi iləgörüşü zamanı Mixail Saakaşvili fransız həmkarını “Müqəddəs Georgi” Qələbə ordeni ilə təltif edib. Fransa lideri bu ordenə Gürcüstanın suverenliyini müdafiə edərək onun milli maraqlarına xüsusi dəstək verdiyi üçün layiq görülüb.
Görüş zamanı Mixail Saakaşvili həyata keçirilən və planlaşdırılan layihələr barədə qonağa ətraflı məlumat verib və onu iqamətgahdan görünən Tiflis mənzərələri ilə tanış edib, qeyri-rəsmi şəraitdə onunla söhbət edib.
Həmin gün beynəlxalq Tiflis aeroportundan Fransa dövlətinin rəhbərini Fransanın Gürcüstandakı səfiri Erik Furne yola salıb.
Bununla da Fransa prezidenti Nikola Sarkozinin Cənubi Qafqaz ölkələrinə rəsmi səfəri başa çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR