Bank Of Baku

Ədalətli Gürcüstan Uğrunda hərəkat: "Münaqişələrin sülh yolu ilə həll edilməsi vaxtı çatıb"

Ədalətli Gürcüstan Uğrunda hərəkat: "Münaqişələrin sülh yolu ilə həll edilməsi vaxtı çatıb"
# 08 oktyabr 2011 01:27 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanda fəaliyyət göstərən "Ədalətli Gürcüstan Uğrunda" hərəkat Fransa prezidentinin ölkəyə səfəri ilə əlaqədar bəyanat yayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Nikola Sarkozinin Gürcüstana səfərini alqışlayan təşkilat "əgər bu səfərin Cənubi Qafqazda münaqişələrin həll olunmasında real addımlar atılacaqsa, bu region ölkələrinin təhlükəsizliyinə və yaxınlaşmasına şərait yaradacaq,-bəyanatda bildirilib. "Sülh üçün atılan addım Ermənistan və Azərbaycan üçün riskli addımdır. Lakin status kvo-nun saxlanılması böyük təhlükədir və illüziya və qisas oyadır. Bu isə daha çox sülh yaratmaq üçün imkanlar ayırır. Münaqişələrin sülh yolu ilə həll edilməsi vaxtı çatıb,"- bəyanatda qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR