Bank Of Baku

Polşada keçirilən parlament seçkilərində hökumət partiyaları üstünlük qazanıb

Polşada keçirilən parlament seçkilərində hökumət partiyaları üstünlük qazanıb
# 10 oktyabr 2011 06:57 (UTC +04:00)
Bakı – APA. Polşada keçirilən parlament seçkilərinin ilkin nəticələrinə əsasən baş nazir Donald Tuskun başçılıq etdiyi “Vətəndaş Platforması” 39,6% səslə irəlidədir. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, ölkə üzrə məntəqələrin 15%-də səslər sayıldıqdan sonra Yaroslav Kaçinskinin rəhbərlik etdiyi “Qanun və Ədalət” Partiyasının 30%-ə yaxın, Yanuş Palikotun liderlik etdiyi “Palikota Dəstək Hərəkatı”nın 10,27% səs aldığı açıqlanıb. Dördüncü sırada hazırkı hökumətdə “Vətəndaş Platforması”nın koalisiya ortağı olan və 9,22% səs toplayan Kəndli Partiyasıdır. Bu partiyaya baş nazirin müavini, iqtisadiyyat naziri Valdemar Pavlyak rəhbərlik edir. Bu iki partiyanın yenidən koalisyon hökumət təşkil edəcəkləri gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR