Bank Of Baku

Türkiyədə tanınmamış İçkeriya Respublikasının Beynəlxalq Şəriət Məhkəməsinin rəhbəri Şəmsəddin Batukayevə sui-qəsdin qarşısı alınıb

Türkiyədə tanınmamış İçkeriya Respublikasının Beynəlxalq Şəriət Məhkəməsinin rəhbəri Şəmsəddin Batukayevə sui-qəsdin qarşısı alınıb
# 10 oktyabr 2011 14:18 (UTC +04:00)
APA-nın məlumatına görə sui-qəsd cəhdi ilə bağlı iki etnik çeçen həbs olunub. Şəmsəddin Batukayevin mühafizəçiləri sui-qəsdi həyata keçirməyi planlaşdıran 26 yaşlı Bəhram Batumayevi zərərsizləşdiriblər. Hansısa dini ehkamı dəqiqləşdirmək bəhanəsi ilə imamın evinə gələn Batumayev qəflətən səsboğucusu olan tapançanı çıxararaq atəş açmaq istəyib. Mühafizəçilər sui-qəsdçini tərksilah edərək polisə təhvil veriblər. Axtarış zamanı onun üzərindən Rusiya pasportu tapılıb. Polis Bəhram Batumayevin mehmanxanada qaldığı otağa da baxış keçirib. Baxış zamanı imamın evinin sxemi çəkilmiş xəritə aşkarlanıb. İstintaqa ifadə verən Bəhram Batumayev daha bir əlaltısını ələ verib və onun ifadələri əsasında silahı ona vermiş Üveys Əhmədov tutulub.

Qeyd edək ki, sui-qəsd faktını şərh edən Şəmsəddin Batukayev Rusiya xüsusi xidmət orqanlarına onun öldürülməsi ilə bağlı əmr verildiyini istisna etməyib və ona qarşı sui-qəsdin arxasında Çeçenistanın dövlət başçısı Ramzan Kadırovun durduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR