Bank Of Baku

Toomas Hendrik İlves yenidən Estoniya prezidenti kimi and içib

Toomas Hendrik İlves yenidən Estoniya prezidenti kimi and içib
# 10 oktyabr 2011 16:31 (UTC +04:00)
Bakı - APA. Estoniyada prezidentin andiçmə mərasimi keçirilib. APA-nın DELFI-yə istinadən məlumatına görə, ölkə başçısı Toomas Hendrik İlves and içərək ikinci müddətə prezident səlahiyyətlərinin icrasına başlayıb.

Qeyd edək ki, parlamentli respublika olan Estoniyada prezident əsasən təmsilçilik funksiyaları daşıyır. Prezident parlamentin deputatları tərəfindən 5 il müddətinə seçilir.

2006-cı ildən prezident postunu tutan Toomas Hendrik İlves avqustun 29-da 101 deputatdan 73-nün səsini toplayaraq ikinci müddətə bu vəzifəyə seçilib. O, Stokholmda Estoniyadan olan emiqrantların ailəsində doğulub. Sonradan ailə ABŞ-a köçüb. Gələcək prezident “Azad Avropa” radiosunda çalışıb, Estoniyanın bir sıra ölkələrdə səfiri olub, 1990-cı illərin sonunda isə Estoniya XİN-ə başçılıq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR