Bank Of Baku

Polşada parlament seçkilərində baş nazir Tuskun partiyası qalib gəlib

Polşada parlament seçkilərində baş nazir Tuskun partiyası qalib gəlib
# 11 oktyabr 2011 00:54 (UTC +04:00)
Bakı-APA. Polşa baş naziri Donald Tuskun hakim partiyası 39,18% səs toplayaraq parlament seçkilərində qalib gəlib. Bu barədə Polşa Dövlət seçki komissiyası seçici bülletenlərinin 100%-nin sayılmasından sonra məlumat verib.

Yaroslav Kaçinskinin «Hüquq və ədalət» müxalifət partiyası 29,98%, «Palikot hərəkatı» 10%, baş nazirin müavini Valdemar Pavlyakın partiyası 8,36% və Sol demokratik qüvvələrin ittifaqı 8,24% toplayıblar.

Donald Tuskun və Valdemar Pavlyakın partiyaları artıq koalisiya yaradacaqlarını bəyan ediblər. Beləliklə, Tusk daha 4 il baş nazir vəzifəsində qala biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR