Bank Of Baku

Böyük Britaniyanın yeni müdafiə naziri təyin olunub

Böyük Britaniyanın yeni müdafiə naziri təyin olunub
# 15 oktyabr 2011 00:35 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniyanın yeni müdafiə naziri Filip Hammond təyin olunub. Bu günədək Hammond ölkənin nəqliyyat naziri idi.

Maliyyə nazirliyində yüksək vəzifə tutan Castin Qrininq isə nəqliyyat naziri təyin edilib.

Xatırladaq ki, Böyük Britaniyanın müdafiə naziri Liam Foks vəzifəsindən sui-istifadə ilə bağlı qalmaqalın fonunda dünən tutduğu postdan istefa verib.

Qalmaqal KİV-də Foksun dostu Adam Uerritiyə nazirliyə daxil olmağa icazə verməsi barədə məlumatlar çap olunandan sonra başlayıb. Uerriti bir sıra xarici səfərlərdə də Foksu müşayiət edərək özünü onun müşaviri kimi təqdim edirmiş.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR