Bank Of Baku

Xorvatiyanın paytaxtı Zaqrebdə etiraz aksiyaları keçirilib

Xorvatiyanın paytaxtı Zaqrebdə etiraz aksiyaları keçirilib
# 15 oktyabr 2011 20:40 (UTC +04:00)
Bakı-APA. Xorvatiyanın paytaxtında mindən çox insanın iştirakı ilə etiraz aksiyası keçirilib. APA-nın verdiyi xəbərə görə, paytaxt Zaqrebdə keçirilən aksiya da digər Avropa ölkələrində olduğu kimi hökumətin maliyyə qurumlarına qarşı yönəlib. Aksiyada əsasən tələbələr, həmkarlar ittifaqının üzvləri, ictimai təşkilat fəalları iştirak ediblər. Mitinq iştirakçıları əsasən ölkədə korrupsiya və işsizliyə qarşı mübarizənin gücləndirilməsini tələb ediblər. Aksiyalar həmçinin ölkənin digər şəhərlərində də təşkil edilib. Ölkə sakinləri əsasən sosial şəbəkələr vasitəsilə nümayişlərə dəvət olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR