Bank Of Baku

Gürcüstan 2012-2015 illər üçün İşgəncələr Əleyhinə Komitənin üzvü seçilib

Gürcüstan 2012-2015 illər üçün İşgəncələr Əleyhinə Komitənin üzvü seçilib
# 19 oktyabr 2011 01:29 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Cenevrədə işgəncə və digər qəddar, qeyri-insani və alçaldıcı rəftar və ya cəza əleyhinə Konvensiya Komitəsinin 13-cü iclasında Gürcüstanın namizəd göstərdiyi Ombudsman Giorgi Tuquşi bu komitəyə üzv seçilib. APA-nın Gürcüstan bürosunun Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına əsasən xəbərinə görə, seçilən beş yeni üzv ölkələr müxtəlif səslər alıblar. Gürcüstan namizədi - 97 səs, Çili-111 səs, Mavritaniya-105 səs, ABŞ-82 səs və Seneqal-72 səs alaraq 2012-2015 illər üçün İşgəncələr Əleyhinə Komitənin üzvü seçiliblər.
Məlumata görə, Komitə 10 müstəqil ekspertdən ibarətdir və işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza nəticəsində komitəyə müraciət edən üzv ölkələrdə monitorinq həyata keçirilməsinə nəzarət edir.
Gürcüstan Xarici İşlər Nazirliyi Gürcüstan namizədinin seçkidə qələbəsini alqışlayıb və onun namizədini dəstəkləyən konvensiya ölkələrinə təşəkkürünü bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR