Bank Of Baku

Türkiyə hərbi təyyarələri İraqın şimalını bombalamağa başlayıb

Türkiyə hərbi təyyarələri İraqın şimalını bombalamağa başlayıb
# 19 oktyabr 2011 08:47 (UTC +04:00)
Bakı – APA. Türkiyə hərbi təyyarələri PKK terror təşkilatının İraqın şimalındakı mövqelərini bombalamağa başlayıb. APA-nın xəbərinə görə, oktyabrın 18-də axşam Bitlis vilayəti ərazisində 5 polis əməkdaşının, oktyabrın 19-na keçən gecə isə İraqla həmsərhəd Hakkari vilayəti ərazisində 24 əsgərin PKK terrorçularının hücumları nəticəsində şəhid olmasından sonra Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl digər ordu komandanları ilə birlikdə hadisə yerinə gedib. Hərbi Hava Qüvvələrinə PKK-nın İraqın şimalındakı mövqelərini bombalamaq əmri verilib. Havadan zərbələrlə yanaşı, İraqın şimalı qurudan top atəşinə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR