Bank Of Baku

600-dən çox türk əsgəri İraqın şimalına daxil olub

600-dən çox türk əsgəri İraqın şimalına daxil olub
# 19 oktyabr 2011 12:08 (UTC +04:00)
Bakı – APA. Oktyabrın 19-na keçən gecə İraqın şimalından Türkiyə ərazisinə daxil olaraq təhlükəsizlik qüvvələrinə hücum edən və daha sonra qaçan PKK terrorçularını təqib edən türk hərbçiləri İraqa daxil olub. APA-nın məlumatına görə, “France-Presse” agentliyi azı 600 türk əsgərinin İraqın şimalına daxil olduğunu xəbər verib. Desant-paraşüt briqadaları hərbi helikopterlər vasitəsilə İraqın şimalına endirilib. Hərbçilər İraqın içərilərinə doru 4 km irəliləyib. Artıq İraqda türk əsgərləri ilə PKK terrorçuları arasında toqquşmalar başlayıb. Paralel olaraq hərbi təyyarələr terrorçuları havadan bombalayır. İlkin xəbərlərə görə, 21 terrorçu məhv edilib.

Qeyd edək ki, PKK-nın Hakkari vilayətinin Çukurca qəsəbəsində dislokasiya olunmuş təhlükəsizlik qüvvələrinə hücumu nəticəsində şəhid olan əsgərlərin sayı 26-ya çatıb. Bu hadisədən bir qədər əvvəl isə Bitlis rayonunda 5 polis və 1-i uşaq olan 3 mülki vətəndaş qətlə yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR