Bank Of Baku

"Business Time Georgia" jurnalı Bakıda keçiriləcək AZERI BUSINESS AWARD Milli Mükafatının təqdim olunması mərasimində iştirak etməyə dəvət alıb

"Business Time Georgia" jurnalı Bakıda keçiriləcək AZERI BUSINESS AWARD Milli Mükafatının təqdim olunması mərasimində iştirak etməyə dəvət alıb
# 26 oktyabr 2011 23:35 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. "Business Time Georgia" jurnalı noyabrın 25-də Bakıda keçiriləcək AZERI BUSINESS AWARD Milli Mükafatın biznes sahəsində təqdim olunması mərasimində iştirak etməyə dəvət alıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə məlumatı jurnalın icra direktoru Levan Çitanava bildirib. "Bizə böyük şərəfdir ki, biznes elitanın iştirak etdiyi belə bir tədbirdə iştirak edəcəyik. Burada bizə imkan yaranacaq ki, Azərbaycan iş adamlarına jurnalımızı təqdim edək və onlarla şəxsən tanış olaq. Mən həm də bizi tədbirə dəvət edən AZERI BUSINESS AWARD təşkilatına minnətdarlığımı bildirirəm."
L. Çitanava səfər çərçivəsində Bakıda "Business Time Georgia" və Azərbaycanın "Business Time" jurnalı ilə qarşılıqlı əməkdaşlıq barədə Memorandum imzalanacağını bildirib. "Bizim jurnal üçün çox vacibdir ki, Azərbaycanın işgüzar jurnallarından biri ilə əməkdaşlıq barədə Memorandum imzalayacağıq,-" Çitanava əlavə edib.

Qeyd edək ki, AZERI BUSINESS AWARD Milli Mükafatı biznes sahəsində ən yaxşı şirkət üçün yeni milli imic yaradan ictimai institut hesab olunur, eyni zamanda ölkədə işgüzar etikanın yeni standartlarını yaradır. Bu mükafat nominantlarına bizneslərini genişləndirmək, onun inkişafında əsas istiqamətləri əks etdirmək, Azərbaycan və xarici bazarlarda onların nüfuz və rəqabət qabiliyyətini formalaşdırmaq üçün nəzərdə tutulub.

AZERI BUSINESS AWARD Milli Mükafatının təsisçisi Azərbaycanda işgüzar və aparıcı "Business Time" jurnalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR