Bank Of Baku

Vanda baş verən zəlzələdə ölənlərin sayı 582-yə çatıb

Vanda baş verən zəlzələdə ölənlərin sayı 582-yə çatıb
# 29 oktyabr 2011 14:18 (UTC +04:00)
APA-nın xəbərinə görə, Türkiyə baş nazirinin müavini Bəşir Atalay ölənlərin sayının 582 nəfərə çatdığını bildirib. Yaralıların sayı 4152 nəfərdir. Dağıntılar altından 231 nəfər sağ çıxarılıb.

B. Atalay Van şəhərində dağılan 6 binanın 5-də, zəlzələnin episentri olan Van bölgəsinin Ərciş qəsəbəsində isə dağılan 65 tikilinin 58-də xilasetmə işlərinin yekunlaşdığını açıqlayıb. O, zəlzələdən zərər çəkənlərə 35 min 257 çadırın paylandığını, bu çadırların 10%-nin xaricdən göndərildiyini söyləyib.

B. Atalay xarici ölkələrin yardımları haqda da məlumat verib. Azərbaycanın Vana 140 nəfərlik axtarış-xilasetmə qrupu, 1250 çadır, 700 yataq dəsti, 40 generator, 40 mətbəx avadanlığı və 5 min örtük (odeyal) göndərdiyi bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR