Bank Of Baku

Fələstin UNESCO-nun üzvü olub

Fələstin UNESCO-nun üzvü olub
# 31 oktyabr 2011 14:08 (UTC +04:00)
UNESCO-dan APA-ya verilən məlumata görə, qərar Fələstinin UNESCO-nun Nizamnaməsini imzalaması və ratifikasiya etməsindən sonra qüvvəyə minəcək.

Səsvermədə 107 üzv ölkə qərarın lehinə, 14 ölkə əleyhinə səs verib, 52 dövlət bitərəf qalıb. BMT üzvü olmayan bir ölkənin UNESCO sıralarına qəbulu üçün qurumun İcra Komitəsi və Baş Konfransda iştirak edən üzv dövlətlərin üçdə ikisinin səsi tələb olunur. Bitərəflər hesaba alınmır.

Beləliklə, Fələstin UNESCO-nun 195-ci üzvü olmaq hüququ qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR