Bank Of Baku

Hillari Klinton Türkiyəyə səfər edəcək

Hillari Klinton Türkiyəyə səfər edəcək
# 31 oktyabr 2011 15:45 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. ABŞ dövlət katibi Hillari Klinton Türkiyəyə səfər edəcək. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Əfqanıstanda sülh, əmin-amanlıq və rifahın təmin edilməsi üçün regional əməkdaşlığı təşviq etmək məqsədilə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Əfqanıstan xarici işlər naziri Zelmay Rəsulun həmsədrliyi ilə 2 noyabrda keçiriləcək Əfqanıstanla bağlı İstanbul konfransının iştirakçıları arasında ABŞ dövlət katibi də olacaq.

Konfransda iqtisadi artım və inkişaf, ictimai faydalar, kiber cinayətkarlıq və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR